ABŞ prezidenti Donald Tramp reseptlə satılan dərmanların və digər dərmanların qiymətlərini 30-80% “dərhal” azaltmağa kömək edəcək sərəncam imzalayacağını açıqlayıb.
O, bu barədə “Truth Social” sosial şəbəkəsində bildirib.
Donald Tramp sənədi “bu ölkənin tarixindəki ən mühüm icra sərəncamlarından biri” adlandırıb. Onun sözlərinə görə, sərəncam mayın 12-də səhər saat 9:00-da imzalanacaq. Lakin ABŞ prezidenti fərmanın təfərrüatlarını açıqlamayıb. “Onlar (dərman qiymətləri ) tarazlığı qorumaq üçün bütün dünyada yüksələcək və uzun illərdən sonra ilk dəfə olaraq Amerikada ədalət təmin olunacaq!” – ABŞ prezidenti yazıb.
Donald Tramp mesajında ABŞ-da dərmanların digər ölkələrlə müqayisədə bir neçə dəfə baha olmasından çaşdığını bildirib. Onun sözlərinə görə, əczaçılıq şirkətləri bunu tədqiqat və inkişaf xərclərini əsas gətirməklə əsaslandırır. Tarmp bu xərclərin ədalətsiz şəkildə Amerika istehlakçılarına ötürüldüyünü söyləyərək cavab verib.
//Samir Qurbanov, Editor.az