RU

Dünya kubokunda 9 snayper

Almaniyanın Münhen şəhərində keçiriləcək dünya kubokunda iştirak edəcək Azərbaycan atıcılarının siyahısı bəlli olub.

İdman.biz xəbər verir ki, yarışda 9 snayperimiz hədəf önünə keçəcək.

Xanna Əliyeva, Leyli Əliyeva, Sofiya Barxalova, Vladislav Kalmıkov, Ruslan Lunyov, Hacı Musayev, Nigar Nəsirova və Zeynəb Sultanova tapançadan atəş açacaqlar. Ramiz Xəlilov isə tüfənglə dəqiqliyini yoxlayacaq.

Qeyd edək ki, yarış iyunun 8-15-də keçiriləcək.

İdman.biz

Избранный
0
idman.biz

1Источники