
Son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır.
Reyting.az xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) məlumat yayıb.
Qeyd olunur ki, görülən məqsədyönlü tədbirlər nəticəsində ölkədə infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət ümumilikdə sabitdir:
"Mövsüm dəyişikliyi ilə əlaqədar bəzi respirator xəstəliklərin artımı müşahidə olunsa da, bu, gözlənilən və nəzarət altında olan bir haldır".
Qızılca xəstəliyinə qarşı profilaktik tədbirlər davam etdirilir:
"Hazırda ölkədə kifayət qədər peyvənd ehtiyatı mövcuddur və müalicə-profilaktika müəssisələrində peyvəndləmə işləri planlı şəkildə aparılır".