RU

Özünə umac ova bilmir, Ermənistana əriştə kəsir: Hindistan İrəvana silah göndərir

Pakistanla müharibə vəziyyətində olan və indiyə qədər güvəndiyi bir çox silahlarının uğursuz olduğu üzə çıxan Hindistan Ermənistanla bağladığı müqavilənin şərtlərini tamamlamaq fikrindədir.

Tribunainfo.az xəbər verir ki, Dehli hökuməti iyulda İrəvana “Akaş” zenit-raket komplekslərinin ikinci partiyasını göndərəcək.

“İndian Nyus” saytının yaydığına görə, yayın ortalarında Hindistanın Ermənistana göndərəcəyi raket komplekslərinin sayı 5 ədəd olacaq.

Xatırladaq ki, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 710 milyon dollar dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb.

Fərda Uğur

Tribunainfo.az

 

Избранный
0
tribunainfo.az

1Источники