RU

PKK-nın silahları harada və necə təhvil verəcəyi açıqlandı

BAKI, 12 may. TELEQRAF

Özünüləğv qərarı verən PKK terror təşkilatının silahları necə təhvil verəcəyini də bəlli olub.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “CNN Türk” məlumat yayıb.

“Silahlar BMT-nin nəzarəti altında təhvil veriləcək. Təhvil-təslim prosesində beynəlxalq müşahidəçilər olacaq. Çatdırılmaların aparılacağı yerlər müəyyənləşib.

Üç mərhələdən ibarət plan çərçivəsində terrorçuların silahlarını təhvil verəcəyi yerlər müəyyənləşib. Silahlar Şimali İraqın Duhok vilayətində Amadiya, Ərbil və Köysancakda, Süleymaniyyədə isə Seyid Sadiqdə təhvil veriləcək”, - məlumatda deyilir.

Избранный
0
3
teleqraf.com

4Источники