RU

Trampdan bütün dünyanı sarsıdan SƏRƏNCAM: Dərman qiymətləri QALXACAQ!

Ajans.az xəbər verir ki, bu barədə dünya mətbuatında məlumat yayılıb. “Reseptlə yazılan dərmanların qiymətləri demək olar ki, dərhal 30%-dən 80%-ə qədər endiriləcək. Qiymətlər bütün dünyada artaraq bərabərlik yaradacaq və uzun illərdən sonra ilk dəfə Amerikaya ədalət gətirəcək”, - deyə, prezident bildirib. Tramp açıqlamalarına əlavə edib: “Uzun illərdir dünya təəccüblənirdi ki, niyə ABŞ-də reseptlə satılan dərmanlar və əczaçılıq məhsulları digər ölkələrə nisbətən bu qədər bahadır, bəzən eyni şirkət tərəfindən eyni laboratoriyada və ya müəssisədə istehsal olunan eyni dərmandan 5-10 dəfə bahadır. Bunu izah etmək həmişə çətin və utancverici olub, çünki həqiqətən düzgün cavab yoxdur. İllər boyu əczaçılıq şirkətləri bunların Tədqiqat və İnkişaf (Ar-Ge) xərcləri olduğunu və bütün bu xərclərin heç bir səbəb olmadan yalnız digər ölkələr tərəfindən ödənildiyini və qarşılanacağını söyləyərdilər. Kampaniya töhfələri möcüzələr yarada bilər, amma mənimlə və Respublikaçılar Partiyası ilə deyil. Demokratların illərdir mübarizə apardıqları doğru şeyi edəcəyik. Buna görə də Ağ Evdə ölkəmizin tarixində ən mühüm sərəncamlardan birini imzalayacağımı elan etməkdən məmnunam. Mən ABŞ-nin dünyanın istənilən yerində ən aşağı qiyməti ödəyən millətlə eyni qiyməti ödəyəcəyi çox güzəştli dövlət siyasəti yaradacağam. Və hər şeydən əvvəl ABŞ trilyonlarla dollara qənaət edəcək. Bu mövzuya maraq göstərdiyiniz üçün təşəkkür edirik. Amerikanı yenidən möhtəşəm et!”

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Избранный
0
Ajans.az

1Источники