RU

DEM-dən PKK-nın ləğv ilə bağlı açıqlama: Xeyirli olsun

BAKI, 12 may. TELEQRAF

Türkiyənin Xalqların Demokratiya və Bərabərliyi Partiyası (DEM) PKK terror təşkilatının özünüləğv qərarından sonra açıqlama verib.

Teleqraf xəbər verir ki, DEM-in həmsədri Tuncer Bakırhan bölgədə daimi sülh üçün yeni zəminin yarandığını deyib.

“Konqres (PKK-nın ləğv qərarı ilə bağlı qurultay – red.) Türkiyə üçün xeyirli olsun. Artıq kürd məsələsini həll etməmək, demokratik Türkiyə qurmamaq üçün heç bir əsas yoxdur. Ümid edirəm ki, bu prosesi sülhlə taclandıracağıq”, - Bakırhan qeyd edib.

Избранный
0
1
teleqraf.com

2Источники