RU

3 nəfər azyaşlını küçədə sürüdü

Adanada "Qalatasaray" forması geyinən uşaq 3 nəfər tərəfindən küçədə sürüklənib.

News24.az xəbər verir ki, polis şübhəliləri müəyyən edərək yaxalayıb.

Hadisə ilə bağlı verilən rəsmi açıqlamada, "Hadisəni törədən İ.T., A.Ş. və K.O., Dədə Qorqud Məhəlləsində nəzarətə götürülüb və lazımi hüquqi prosedurlara başlanılıb".

Şübhəlilər zərərçəkmiş H.D ilə qohum olduqlarını və zarafat etdiklərini bildiriblər.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Günel Məlikzadə


Избранный
0
news24.az

1Источники