RU

Hindistan Ermənistana yenə zenit-raket sistemləri göndərəcək - 25 km məsafədən...

Hurriyyet.az xəbət verir ki, Hindistan iyul ayında Ermənistana "Akaş" (Akash) zenit-raket sistemlərinin ikinci partiyasını göndərəcək.

Bu barədə "Indian Aerospace Defence News" portalı məlumat verib. 

Bu tədarükün iki ölkə arasındakı müqavilənin bir hissəsi olduğu bildirilir.

Bu komplekslərin birinci qismi artıq Ermənistana göndərilib.  

"New Indian Express" nəşrinin yazdığına görə, 2022-ci ildə Ermənistan ilə Hindistan 15 ədəd "Akaş" sisteminin alqı-satqısı müqaviləsini imzalayıblar. Sövdələşmənin ümumi dəyəri 710 milyon dollar təşkil edir.

Hindistanın Müdafiə Tədqiqatı və İnkişafı Təşkilatı tərəfindən hazırlanmış "Akaş" zenit-raket sistemi yüksək qabiliyyətli yer-hava raket sistemidir. Kompleks 25 kilometrə qədər məsafədə müxtəlif hava hədəflərini, o cümlədən, qırıcıları, qanadlı raketləri, dronları və digər uçan aparatları vura bilir.

Hürr Tərcüman

Избранный
0
hurriyyet.az

1Источники