RU

“Şəhid ailələri, müharibə veteranlarına vətəndaş cəmiyyəti dəstəyi” layihəsinə start verib



”Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələri, müharibə veteranlarına vətəndaş cəmiyyəti dəstəyi” layihəsinə start verib. Layihə rəhbəri Nəzakət Həsənova görüləcək işlər barəsində məlumat verib. Bildirib ki, 3 ay həyata keçiriləcək alyihə çərçivəsində şəhid ailələri ilə iş aparılacaq. Yasamal rayonunda 5 şəhid ailəsi təşkilat tərəfindən ziyarət olunacaq. Onların problemləri dinlənəcək. Problemlərin həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcək.

N.Həsənova onu da qeyd edib ki, layihə çərçivəsində hökumətin şəhid ailələri ilə bağlı gördüyü işlər, bu istiqamətdə həyata keçiriləcən tədbirlərlə bağlı KİV-də 10 yazı dərc olunacaq: “Media reyestrindən keçən 3 saytda yazıların dərci nəzərdə tutulub. Yazılar saytlarla yanaşı sosial şəbəkədə də geniş yayımlanacaq.

N.Həsənova onu da bildirib ki, Masallı, Lənkəran və Yasamalda ümumi 4 tədbir keçiriləcək ki. Bu tədbirlərə ekspert, jurnalist və şəhid ailələri dəvət olunacaq.

Görülən işlərin davamı olaraq İnternet TV-də 2 verliş hazırlanacaq.

aia.az



Избранный
0
3
aia.az

4Источники