RU

“Kim bu sözü deyirsə, futbolumuzun düşmənidir” - Rəşad Sadıqov+ Video

“Zirə”ni baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 34-cü turunda “Səbail”ə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra maraqlı açıqlama verib. 

“Qafqazinfo”nun məlumatına görə, o, “Çempionlar Liqasının yarımfinal matçlarından sonra bu deyim zarafat çevrilib ki, finalda gürcü, rus, erməni, iranlı oynayır, amma biz yoxuq. Bizim ömrümüz yetəcək ki, nə vaxtsa bir azərbaycanlını finalda görək” sualını bu cür cavablayıb: 

“Yetəcək, amma işlər qaydasında getsə. Bu gün onların finalda olub, bizim olmamağımız buraxdığımız müəyyən səhvlərin nəticəsidir. O yaş dönəmində vaxt olub ki, hamı ilə başabaş mübarizə aparmışıq. Onlar ÇL-in finalında oynayır, biz Azərbaycandan kənara çıxa bilmirik. Kim deyirsə ki, futbolçu yoxdur bizdə, Azərbaycan futbolunun düşmənidir. Bizdə hər zaman futbolçu olub. Yetişdirib, onları inkişaf etdirmək lazımdır. Biz qollarımızı çırmalasaq, hamı öz işi ilə düzgün məşğul olsa, illər sonra bizim futbolçularımız da Avropada çıxış edəcək. Aşağı yaş qruplarından başlamalıyıq, düzgün işlər görməliyik. Xəyal Əliyev (“Sabah”) çıxdı da Azərbaycan futbolundan. İstedadlı oyunçularımız Gürcüstan və Ermənsitandakından daha çoxdur”.

Избранный
0
qafqazinfo.az

1Источники