Sea Breeze

Dövlət Miqrasiya Xidmətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri və “Miqrasiya Məktəbi” layihəsinin iştirakçıları üçün seminar keçirilib.

Seminarda Milli Məclisin Deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev milli dövlətçilik ideologiyasının əsasının qoyulması, ölkədə sabitliyin bərqərar edilməsi, iqtisadiyyatın bazar iqtisadiyyatına inteqrasiyasının təmin olunması istiqamətində atılan mühüm addımlardan, eləcə də Konstitusiya və Suverenlik ili barədə gənclərə ətraflı məlumat veriblər.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin tarixi və hüquqi baxımdan əhəmiyyəti vurğulanıb, həmçinin sonrakı mərhələdə Prezident cənab İlham Əliyevin dövlətin ali qanununun daha da təkmilləşdirilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpa olunması və ölkəmizin real suverenliyinin təmin edilməsi ilə əlaqədar gördüyü böyük işlər diqqətə çatdırılıb.

Seminarın sonunda mövzuya dair nümunələr əsasında fikir mübadiləsi aparılıb.

ETX
ETX
ETX