Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu Mahir Şükürov ailə həyatı qurub.
Milli.Az xəbər verir ki,o, toyunda klarnet ustası Rafael Bayramovun ifasını instaqram hesabında paylaşıb.
Futbolçu Rafaelin ifasını bəyəndiyi üçün başından pul səpələyir.
Qeyd edək ki, 42 yaşlı veteran futbolçu karyerasını 2016-2017 mövsümündən sonra başa vurub.
Milli.Az