RU

Avropa birjaları həftəni artımla başa vurub

Finss.az - Qərbi Avropanın aparıcı fond indeksləri həftənin son ticarət gününü müsbət notlarla yekunlaşdırıb.

İnvestor əhval-ruhiyyəsinin yüksəlməsində ABŞ və Böyük Britaniya arasında imzalanmış yeni ticarət razılaşması əsas rol oynayıb.

Avropanın aparıcı 600 şirkətini birləşdirən Stoxx Europe 600 indeksi 0,44% artaraq 537,96 bəndə yüksəlib. Ölkə indekslərində də artım müşahidə olunub:

  • FTSE 100 (Böyük Britaniya) – +0,27%

  • DAX (Almaniya) – +0,63%

  • CAC 40 (Fransa) – +0,64%

  • IBEX 35 (İspaniya) – +0,48%

  • FTSE MIB (İtaliya) – +1,02%

ABŞ Prezidenti Donald Trampın razılaşmanın əldə olunduğunu elan etməsi fond bazarlarında nikbin ab-hava yaradıb. O bildirib ki, bu saziş ABŞ-ın bir neçə ölkəyə əlavə tariflər tətbiq etdiyi apreldən sonra ilk əhəmiyyətli ticarət anlaşmasıdır. Razılaşmaya əsasən, ABŞ və Böyük Britaniya alüminium, polad və dərman məhsullarının ticarətini asanlaşdıracaq bir mexanizm üzərində razılığa gəliblər.

ABŞ ticarət naziri Hovard Latnik isə bildirib ki, bu razılaşma çərçivəsində Britaniya 100 min avtomobili ABŞ-a 10% gömrük rüsumu ilə ixrac edə biləcək. Əks halda bu rüsum 25%-ə qədər qalxa bilərdi.

Bazarlara dəstək verən digər amil isə Avropa Mərkəzi Bankının (AMB) monetar siyasətlə bağlı yumşalma siqnalları olub. AMB-nin idarə heyətinin üzvü, Finlandiya Mərkəzi Bankının rəhbəri Ollie Ren bildirib ki, əgər dezinflyasiya meylləri davam edərsə, növbəti iclasda faiz dərəcələrinin endirilməsi gündəmə gələ bilər.

Şirkət xəbərləri də bazarda fəallığı artırdı

  • Commerzbank-ın səhmləri 4,4% artıb – bank gözlənilmədən mənfəət açıqlayıb.

  • International Consolidated Airlines Group 2,4% dəyər qazanıb.

  • İtaliyanın MediobancaBanca MPS bankları isə güclü rüblük nəticələr fonunda müvafiq olaraq 5,4% və 1,5% bahalaşıb.

Enerji sektoru da neft qiymətlərindəki artım fonunda önə çıxıb. BP 4,7%, TotalEnergies 1,7%, Shell isə 0,9% dəyər qazanıb.

Fransada L'Oreal (+2,1%), LVMH (+1,7%)Kering (+1,4%), Almaniyada isə Daimler Truck (+2,5%)BMW (+1,8%) səhmləri yüksəlib.

Digər tərəfdən, bəzi şirkətlər dəyər itirib: Puma (-8,2%), Dassault Aviation (-3,4%), BAE Systems, SaabLeonardo isə təxminən 3,3% ucuzlaşıb.

Избранный
0
fins.az

1Источники