"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe 21-ci əsrdə "El Klasiko"da Madrid klubunun heyətində het-trik edən ilk futbolçu olub.
90deqiqe.Az-ın “Opta Sports"a istinadən yaydığı məlumata görə, 1995-ci ilin yanvarında "El Klasiko" matçında het-trik edən sonuncu Los Blancos oyunçusu çilili hücumçu İvan Zamorano olub.
Qeyd edək ki, 21-ci əsrdə “Barselona”nın heyətində “El Klasiko” matçlarında bir neçə futbolçu het-trikə imza atıb. Lionel Messi və Luis Suares bu uğura iki dəfə nail olublar.
"Barselona" ilə görüş dünən axşam baş tutub və Kataloniya təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Xatırladaq ki, 35 turun nəticələrinə əsasən, “Barselona” turnir cədvəlində birinci, Madrid klubu isə ikinci pillədə qərarlaşıb.