RU

Aİ və Böyük Britaniya müdafiə və təhlükəsizlik sazişi hazırlayır

Aİ və Böyük Britaniya gələn həftə müdafiə və təhlükəsizlik sazişi təqdim edəcək.

Editor.az bu barədə “The Times”a istinadla xəbər verir.

Razılaşmada London və Brüsselin həlledici məqamla və xüsusilə də Ukraynadakı münaqişə kontekstində son zamanların ən böyük təhlükəsi ilə üz-üzə qaldığı bildirilir və bu problemin ciddiliyinin unikal və iddialı yeni təhlükəsizlik sazişi tələb etdiyi vurğulanır.

Məqalədə deyilir: “Böyük Britaniya və Aİ gələn həftə Böyük Britaniyanı Aİ-yə yaxınlaşdıracaq genişmiqyaslı sazişin bir hissəsi kimi müdafiə və təhlükəsizlik sazişini elan edəcək”.

Razılaşmanın bir hissəsi olaraq Aİ Böyük Britaniyaya blokun ümumi təhlükəsizlik və müdafiə siyasətində iştirak etməyə icazə verir. Bu siyasətə, digər məsələlərlə yanaşı, sülhməramlı missiyalarda və Avropa ölkələrinin kollektiv özünümüdafiəsində iştirak etmək üçün yerləşdirilən Avropa qoşunlarının rəhbərliyi də daxildir.

Sənəddə həmçinin qoşunların və hərbi texnikanın Avropa ərazisi boyunca sürətli və maneəsiz hərəkətini təmin etmək üçün hərbi mobilliyin artırılması üzrə əməkdaşlığı gücləndirmək öhdəliyi də var. Razılaşmanın bir hissəsi olaraq Böyük Britaniya Aİ-nin böhranla mübarizə üzrə istənilən təlimlərində iştirak edə biləcək.

ABŞ-ın NATO-nun himayəsi altında fəaliyyətə icazə verməkdən imtina etdiyi halda birgə işləmə mexanizmini nəzərdə tutan saziş çərçivəsində tərəflər ildə iki dəfə ümumi maraq kəsb edən sahələr, xüsusilə Rusiya, Qərbi Balkanlar və Şərqi Avropa üzrə strateji məsləhətləşmələr keçirməyə borcludurlar.

//Gülnarə Abasova, Editor.az

 

 

 

 

Избранный
0
editor.az

1Источники