RU

Gənclər və İdman Nazirliyinin komandası birinci olub

Avropa Oyunları Parkında dövlət qurumları arasında 3x3 basketbol yarışı keçirilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarışda müxtəlif dövlət qurumları iştirak edib.

Qadınlar arasında keçirilən yarışın qalibi Gənclər və İdman Nazirliyi olub. İkinci yeri AZAL, üçüncü yeri isə SOCAR komandası tutublar.

Kişilər arasında isə yarışın çempionu Fövqəladə Hallar Nazirliyi olub. Gənclər və İdman Nazirliyi ikinci, SOCAR isə üçüncü yerə layiq görülüblər.

İdman.biz

Избранный
0
2
idman.biz

4Источники