"Real Madrid"in hücumçusu Vinisius "ağ-qaralar"la müqaviləsini uzatmağa yaxındır.
Operativ Media xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.
Məlumata görə, müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq. 24 yaşlı futbolçunun maaşı vergilərdən sonra illik 20 milyon avro olacaq və bütün bonuslarla bu məbləğ 30 milyona yüksələ bilər.
Aprelin 10-da Vinisiusun Səudiyyə Ərəbistanından gələn təklifi rədd etdiyi bildirilib. Səudiyyəlilər ona 1 milyard avro dəyərində 5 illik müqavilə təklif ediblər.
Braziliyalı 2018-ci ildən "Real Madrid"də çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.