RU

Ronaldo "Əl-Nəsr" klubunu tərk edə bilər

Dünyaca məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo müqaviləsi başa çatdıqdan sonra Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu tərk edə bilər.

Modern.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb. Məlumata görə, Ronaldonun "Əl-İttihat"la oyunda (2:3) məğlubiyyətə qəzəblənməsi klub rəhbərliyinin xoşuna gəlməyib.

Komanda bu mövsüm üçün qarşıya qoyduğu vəzifələri yerinə yetirə bilmədiydən tərəflər hazırda gələcəklə bağlı məsələləri müzakirə edəcəklər. Qeyd olunur ki, Ronaldo və "Əl-Nəsr" daha əvvəl müqaviləni daha 2 il uzatmaq barədə razılığa gəliblər. Bütün bunlarla yanaşı, Ronaldo klublararası dünya çempionatında oynamaq istəyir ki, bu da onun Səudiyyə klubundan ayrılması üçün əlavə stimuldur.

Избранный
0
1
modern.az

7Источники