RU

DTX -nın xüsusi əməliyyatı: çoxsaylı terrorçu xaricdə tutuldu, Bakıda onlara həbs qərarı verildi - EKSKLÜZİV  

MUSAVAT.COM-a daxil olan məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən terrorçuluqla bağlı axtarışda olan bir qrup şəxs xarici ölkələrdə keçirilmiş xüsusi əməliyyatlarla ələ keçirilib və Azərbaycana gətirilib.

Bildirilir ki, saxlanılanların sayı kifayət qədər çoxdur və onların hər biri barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Əldə etdiyimiz məlumata əsasən, bu şəxslər DTX tərəfindən həyata keçirilmiş genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkə ərazilərində tutulublar. Onların Azərbaycana ekstradisiya olunaraq hüquq-mühafizə orqanlarına təhvil verilməsi təmin edilib.

DTX-nin Mətbuat Xidməti Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir və yaxın günlərdə ictimaiyyətə bu barədə geniş açıqlama veriləcək.

Musavat.com məsələni diqqətdə saxlayır və yeni detallar əldə edildikcə oxucularımıza təqdim edəcək.

Musavat.com

Избранный
0
musavat.com

1Источники