RU

Avropalı nazirlər Londona toplaşır – Ukraynaya yardım müzakirə olunacaq

Mayın 12-də Böyük Britaniyanın xarici işlər naziri David Lammy Ukraynaya dəstəyi müzakirə etmək üçün Fransa, İtaliya, Almaniya, İspaniya, Polşa və Aİ xarici işlər nazirliklərinin rəhbərləri ilə görüşəcək.

Herbiand.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Reuters” xəbər verir ki, danışıqlar mayın 19-da baş nazir Keir Starmerin Aİ liderləri ilə zirvə görüşündən əvvəl baş tutacaq.

David Lammy aparılacaq müzakirələrin təkcə Ukraynanın gələcəyi ilə yox, bütövlükdə Avropa üçün mühüm olduğunu bildirib.

Britaniyalı nazirin sözlkərinə görə, Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyənlərə qarşı əlavə sanksiyalar elan etmək planlaşdırılır.

Избранный
0
herbiand.az

1Источники