“Neftçi” Azərbaycan Premyer Liqasının XXXIV turunda səfərdə “Turan Tovuz”u məğlub edib – 2:1.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” 5 oyun sonra qələbə qazanıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv buna qədər kubokda 1, çempionatda isə 4 oyunda qalib gələ bilməmişdi.
“Neftçi” həm də bu mövsüm birinci dəfə “Turan Tovuz”a qalib gəlib. Bundan öncəki görüşlər bərabərliklə başa çatıb.