RU

Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var

Misirdə 10 milyondan çox qaçqın var. Bu rəqəm bəzi dövlətlərin əhalisinin sayından çoxdur.

“İki sahil” xəbər verir ki, bunu Misirin Baş naziri Mustafa Mədbuli V “Beynəlxalq liderlik üçün Nasir Təqaüdü”ndə iştirak edən 80 ölkəni təmsil edən 162 gənclə görüşündə deyib.

Baş nazir, həmçinin qeyd edib ki, bu sayda qaçqını qəbul etmək dövlətə ildə milyardlarla dollara başa gəlir. Bütün bu çətinliklərə baxmayaraq, hökumət özəl sektorun iqtisadiyyatda payının artırılması və birbaşa xarici investisiyaların cəlbi istiqamətində çalışır.

Qeyd edək ki, Sudandakı silahlı toqquşmalardan qaçıb Misirə sığınanlar buradakı qaçqınlar arasında çoxluq təşkil edir. “əl-Qahira əl-İxbəriyyə” telekanalının məlumatına görə, 2020-ci il martın 31-dən cari il aprelin 30-dək sudanlı qaçqınların sayı ümumilikdə 1037 faiz artıb. Bu rəqəm digər ölkələrdən Misirə sığınan qaçqınlara nisbətən 226% artım deməkdir. Sonra yerdə suriyalılar gəlir. Ölkədə Yəməndən, Cənubi Sudandan və digər qonşu ölkələrdən qaçqınlar vardır.

Избранный
0
2
ikisahil.az

3Источники