RU

Avtobus aşdı, 15 nəfər öldü - Yaralılar var

Şri-Lankanın Mərkəzi əyalətində yerləşən Kotmale şəhərində ağır yol qəzası baş verib — sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər həyatını itirib.

Musavat.com xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, hadisə zamanı azı 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə təxliyə olunaraq tibbi yardım alırlar.

Hadisə ilə bağlı rəsmi qurumlar istintaqa başlayıb və qəzanın başvermə səbəbləri araşdırılır.

Musavat.com

Избранный
0
36
musavat.com

10Источники