RU

Nigeriyada silahlı hücumlar nəticəsində 23 nəfər həyatını itirib

Nigeriyanın mərkəzində yerləşən Benue ştatında baş verən silahlı hücumlar nəticəsində ən azı 23 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisələr şənbə günü dörd kənddə baş verib.

Agentlik qeyd edir ki, Nigeriyanın mərkəzi bölgəsində köçəri maldarlıqla məşğul olanlar ilə fermerlər arasında torpaq uğrunda tez-tez qarşıdurmalar baş verir.

Избранный
0
apa.az

1Источники