RU

Latviyada Qələbə bayramı ilə bağlı 67 cinayət işi açıldı

BAKI, 12 may. TELEQRAF

Latviya polisi Qələbə bayramı zamanı qeydə alınan qanun pozuntuları ilə bağlı araşdırmalara başlayıb.

Teleqraf LETA agentliyinə istinadən xəbər verir ki, artıq 67 cinayət işi açılıb.

Polis 8 nəfəri saxlayıb.

Cinayət işlərinin əksəriyyəti Latviyada ictimai yerlərdə “qadağan olunmuş” simvolların istifadəsi ilə bağlı açılıb. Bunlara Müqəddəs Georgi lentləri, sovet mahnıları və geyimlərdəki Qələbə nişanları daxildir.

Məqalədə qeyd olunur ki, yoxlamaların nəticələrinə görə inzibati işlərin sayı xeyli arta bilər.

Избранный
0
teleqraf.com

1Источники