BAKI, 12 may. TELEQRAF
“Barselona”nın hücumçusu Rafinya bu mövsüm bütün turnirlərdə “Real Madrid”ə qarşı dörd oyunda meydana çıxıb.
Teleqraf xəbər verir ki, bu matçlarda braziliyalı futbolçu 5 qol vurub və iki məhsuldar ötürmə edib.
“Opta”nın məlumatına görə, XXI əsrdə yalnız “Barselona”nın keçmiş hücumçusu Lionel Messi bir mövsümdə Rafinyadan daha çox “El Klasiko” xalını toplayıb. 2011/2012 mövsümündə argentinalı futbolçu “qol+ötürmə” sistemində səkkiz xal qazanıb.
Qeyd edək ki, mayın 11-də "Barselona" İspaniya La Liqasının 35-ci turunda "Real Madrid"i 4:3 hesabı ilə məğlub edib. Həmin görüşdə Rafinya iki dəfə fərqlənib.