"Ölkənin bütün nüvə obyektlərindən imtina ilə bağlı ABŞ-la müzakirələr qəbuledilməzdir.
"Unikal" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.
"İran nüvə silahı yaratmağa can atmır. Onlar (ABŞ. — red.) bizə dedilər ki, bizim nüvə silahı əldə etmək istəmədiyimizə əmin olmaq istəyirlər - biz buna tam hazırıq", - siyasətçi bildirib.
O əlavə edib ki, Tehran dinc nüvə proqramı çərçivəsində tədqiqatlardan əl çəkməyəcək, çünki ölkə alimlərinin bu sahədə əldə etdiyi nailiyyətlər tibb, kənd təsərrüfatı, sənaye və ətraf mühitin mühafizəsində istifadə olunur.