RU

Elektromaqnit sahəsini izləmək üçün peyklər orbitə buraxıldı

Çin Yerin elektromaqnit sahəsini izləmək üçün “Yaogan-40-02” peykləri qrupunu uğurla orbitə çıxarıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.

Qeyd olunub ki, buraxılış Tayyuan kosmodromundan Pekin vaxtı ilə saat 21:27-də (Bakı vaxtı ilə 17:27) “CZ-6A” daşıyıcı raketindən istifadə etməklə həyata keçirilib. Bu, Çançjen seriyası raketlərinin 574-cü buraxılışıdır. Modifikasiya edilmiş iki mərhələli “CZ-6A” 50 m uzunluğundadır və ekoloji cəhətdən təmiz yanacaqla - kerosin və maye oksigen qarışığı ilə işləyir. Qeyd edək ki, 2024-cü ildə Çin 68 buraxılış həyata keçirib.

Избранный
0
4
avtosfer.az

5Источники