İran Birləşmiş Ştatlarla dolayı danışıqlar apararaq özünün dinc məqsədli nüvə enerjisini inkişaf etdirmək niyyətini təsdiqləməyə çalışır və bu hüquqdan heç vaxt imtina etməyəcək.
Manset.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib
“Biz danışıqlar aparırıq ki, müharibə niyyətimizin olmadığını sübut edək. İran heç vaxt və heç bir halda nüvə silahı əldə etməyə çalışmayıb və çalışmayacaq. Lakin dinc məqsədli nüvə enerjisinə dair hüququmuzdan da heç bir şərtlə imtina etməyəcəyik”, – Prezidentin açıqlamasını İran hökumətinin "Telegram" kanalı paylaşıb.
Pezeşkianın sözlərinə görə, nüvə texnologiyaları ölkənin səhiyyə, kənd təsərrüfatı və sənaye sahələrinin inkişafı üçün həlledici əhəmiyyət daşıyır və İran heç bir təzyiq qarşısında bu hüquqlarından geri çəkilməyəcək.