RU

Rusiyada neft-qaz yatağında dəhşətli yanğın

Yamal-Nenets Muxtar Dairəsində (Rusiya Federasiyası) "Xarapurnеftеqaz" yatağında yanğın zamanı qüllə uçub.

Valyuta.az "Baza"ya istinadən xəbər verir ki, yanğın dünən axşam iki neft-qaz quyusunda alovlanma ilə başlayıb. Hadisə nəticəsində qüllələrdən biri uçub, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar reanimasiyada ağır vəziyyətdədir.

Məlumata görə, yanğınsöndürmə işləri davam edir. Alovun hündürlüyü 25 metrə çatır.

Избранный
0
1
valyuta.az

2Источники