BAKI, 11 may. TELEQRAF
Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində “Xarampurnefteqaz” yatağında baş verən yanğın zamanı neft platforması dağılıb.
Teleqraf xəbər verir ki, görüntüləri “Mash” Telegram kanalı yayıb.
Məlumata görə, insident nəticəsində 3 nəfər xəsarət alıb. Hazırda onlar reanimasiyadadır.
İddia olunur ki, yanğın quyu lüləsinə qəfil qaz axını səbəbindən baş verə bilər.