RU

İran dinc nüvə proqramından heç bir halda imtina etməyəcək

BAKI, 11 may.TELEQRAF.

İran dinc nüvə enerjisini inkişaf etdirmək öhdəliyini təsdiqləmək üçün ABŞ ilə dolayı danışıqlar aparır və heç vaxt öz hüquqlarından əl çəkməyəcək.

Teleqraf xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.

O deyib: "Biz müharibəyə can atmadığımızı sübut etmək üçün danışıqlar aparırıq. İran heç vaxt nüvə silahına sahib olmaq istəməyib və buna cəhd etməyəcək, lakin o, heç bir halda dinc nüvə enerjisi hüququndan imtina etməyəcək".

Избранный
0
8
teleqraf.com

10Источники