BAKI, 11 may. TELEQRAF
Belarus yığması çimərlik futbolu üzrə dünya çempionatının finalında Braziliya komandasına 3:4 hesabı ilə uduzub.
Teleqraf xəbər verir ki, turnir Seyşel adalarında baş tutub.
Qalib komandanın qollarını Lukao (2-ci dəqiqə), Rodriqo (13, 35) və Katarino (13) vurub. Belarus seçməsinin heyətində Yevgeni Novikov (7) və İqor Briştel (29, 30, penalti) fərqlənib.
Portuqaliya yığması Seneqal komandasına qalib gələrək (3:2) üçüncü yeri tutub.
Braziliya millisi yeddi dəfə dünya çempionu olmaqla, ən çox titul qazanan komandadır.