RU

Sakinləri ölümə sürükləyən yol kəsişməsi - Video

Baku TV-nin "Necə olmalıdır" rubrikasının yeni buraxılışı yayımlanıb. Bu dəfə paytaxtın Böyükşor yolu ilə Ziya Bünyadov prospektinin kəsişməsində sakinləri narahat edən problemlər diqqətə çatdırılıb.

Bildirilib ki, "Koroğlu" stansiyası istiqamətindən gəlib sağa - Böyükşor yoluna dönmək istəyən sürücülər ciddi maneə ilə qarşılaşırlar. Belə ki, üzərində işıqqaytarıcı elementlər olan 4.2.3 maneəni sağdan və ya soldan keçmə nişanı olmadığı üçün bu maneə xüsusilə günün qaranlıq vaxtlarında görünmür və təhlükə yaradır.

Digər bir təhlükə isə piyada keçidinin yolun ortasından birbaşa hərəkət hissəsinə çıxmasıdır. Bu səbəbdən piyadalar avtomobillərin hərəkət etdiyi hissədən keçməyə məcbur qalırlar.

Bundan əlavə, Böyükşor yolundan Ziya Bünyadov prospektinə daxil olmaq istəyən sürücülər avtobus zolağı səbəbindən sıxlıqda qalırlar. Günün pik saatlarında bu, tıxacların yaranmasına səbəb olur. Halbuki zolağın başladığı hissədə avtobus dayanacağı olmasa da, nəqliyyat vasitələri məhz bu nöqtədə sərnişin mindirib-düşürürlər.

Vurğulanıb ki, xaotik hərəkətin müşahidə olunduğu bu ərazidə yol nişanlarına, üfüqi nişanlanma xətlərinə və işıqforlara ehtiyac var.

Ətraflı süjetdə:


Telegram kanalımız
Избранный
0
yenisabah.az

1Источники