"Kəpəz" Misli Premyer Liqasının XXXIV turunda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında matçı şərh edib. 

"İnanıram ki, həm birinci, həm də ikinci hissə hamının xoşuna gəldi. Meydanda yaxşı mübarizə var idi. Çempionatda qalmağı bir gün əvvəl təmin etmişdik. Amma dünən axşam və bu gün komanda üzvləri ilə danışığımız oldu ki, hər bir oyun futbolçunun karyerasının bir parçasıdır. Həmin o hissələr də yadda qalan olmalıdır. Maksimum şəkildə özümüzü yaxşı tərəfdən göstərməliyik. Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Fasilədən sonra daha fərqli oynamağa çalışdıq. Şükürlər olsun ki, qələbə qazandıq. Bütün "Kəpəz" ailəsini, xüsusən də bizi sevən azarkeşlərimizi təbrik edirəm. Bu gün bir pillə irəlilədik".