Ötən günlərdə Bakının məşhur hotellərinin birində azərbaycanlı cütlüyün toyu keçirilib.
OLAY-ın əldə etdiyi məlumata görə, toy biznesmen Adnan Əhmədzadənin yaxınlarından birinin olub.
Gecədə Xalq artistləri Röya Ayxan, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Avroviziya qaliblərimiz Nigar Camalla Eldar Qasımov iştirak edib. Gecəni müğənni Zamiq Hüseynov aparıb.
Bununla yanaşı, əcnəbi müğənnilər də məclisdə qonaq olub. Toya bəylə gəlinin müxtəlif ölkələrdən yaxınları təşrif buyurub.
Gecədə Nigarla Eldarın A. Əhmədzadə və həyat yoldaşı ilə rəqsləri, birgə mahnı oxumaqları diqqət çəkib.