RU

Qətərdən Trampa “uçan saray” - ABŞ-a tarixdəki ən bahalı hədiyyə hazırlanır

Qətər kral ailəsi ABŞ-a misli görünməmiş dəyərdə hədiyyə verməyə hazırlaşır. 

Musavat.com xəbər verir ki, "ABC News"un məlumatına görə, bu superlüks təyyarə Trampın prezidentlik dövrünün sonuna qədər yeni Air Force One (Bort Nömrə 1) kimi istifadə olunacaq. Daha sonra isə Trampın şəxsi kitabxana fonduna bağışlanacaq.

Mənbələrin bildirdiyinə görə, bu “uçan saray” ABŞ-a indiyədək xarici dövlət tərəfindən verilən ən bahalı hədiyyə hesab oluna bilər. Təyyarə bütün müasir texnologiyalarla və yüksək təhlükəsizlik sistemləri ilə təchiz olunub.

Bu jestin ABŞ-Qətər münasibətlərinə necə təsir göstərəcəyi isə hələlik məlum deyil.

Toğrul İSMAYIL,
Musavat.com

Избранный
0
musavat.com

1Источники