RU

Trampdan Ukraynaya TƏCİLİ ÇAĞIRIŞ

"Ukrayna hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin münaqişənin həlli üçün İstanbulda danışıqlar aparmaq təklifi ilə dərhal razılaşmalıdır".

Publika.az xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.

"Rusiya Prezidenti Putin Ukrayna ilə atəşkəs sazişi bağlamaq istəmir, lakin qanlı qırğına son qoyulmasını müzakirə etmək üçün cümə axşamı Türkiyədə görüşmək istəyir. Ukrayna bununla dərhal razılaşmalıdır", - Ağ Evin rəhbəri yazıb.

Tramp əlavə edib ki, danışıqların nəticələrinə əsasən, Ukrayna razılığın əldə olunub-olunmayacağını müəyyən edə biləcək. Siyasətçinin fikrincə, Avropa və ABŞ vəziyyətin necə olduğunu öyrənə biləcək, bundan sonra müvafiq tədbirlər görəcəklər.

Xatırladaq ki, mayın 11-də gecə çıxışı zamanı Vladimir Putin Ukraynaya 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib. Dövlət başçısının sözlərinə görə, bundan sonra Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb və saziş layihəsini rədd edib. Rusiya tərəfinin məlumatına görə, bu, Qərb tərəfdaşlarının təzyiqi ilə baş verib. Putin Kiyevə mayın 15-də İstanbulda danışıqları heç bir şərt olmadan bərpa etməyi təklif edib.

Избранный
0
43
publika.az

10Источники