Kataloniyanın "Barselona" klubu İspaniya çempionatında "Real Madrid"i məğlub edib.
"Unikal" xəbər verir ki, Kataloniyada baş tutan görüş 4:3 hesabı ilə başa çatıb.
Matçın beşinci dəqiqəsində Kilian Mbappe penaltini qola çevirərək hesabı açıb. 14-cü dəqiqədə Mbappe komandasının fərqini dubl edib. Hətta fasilədən əvvəl "Barselona"nın futbolçuları Erik Qarsiya, Lamin Yamal və iki dəfə fərqlənən Rafinya "Real"ın qapısına dörd qol vurub. Fasilədən sonra Mbappe 1 qol vurub. Fransız futbolçu final fitinə 20 dəqiqə qalmış qol vurub.
Sona üç tur qalmış xallarının sayını 82-yə çatdıran "Barselona" liderliyini möhkəmləndirib. Madrid klubu 75 xalla ikinci sıradadır.