RU

Vaqif Cavadov: Baş hakim "Kəpəz"in qələbə qazanması üçün hər şey etdi

TOVUZ, 11 may. TELEQRAF

"Gərgin və maraqlı oyun keçdi. Hər iki komanda qalib gəlmək istəyirdi".

Teleqraf xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.

36 yaşlı mütəxəssis qarşılaşmanın baş hakimi İnqilab Məmmədovdan narazı qaldığını söyləyib: "Hər iki komanda qalib gəlmək istəyirdi. Baş hakim "Kəpəz"in qələbə qazanması üçün hər şey etdi. Bizim də qol imkanlarımız var idi".

Избранный
0
teleqraf.com

1Источники