RU

“Kəpəz” “Sumqayıt”a qalib gəldi

Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə əvvəlcə “Kəpəz” “Sumqayıt”la qarşılaşıb.

Gəncə təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb - 1:0. Oyunda yeganə qolu 11-ci dəqiqədə penaltidən Rauf Hüseynli vurub.

Turun son matçı isə “Qarabağ”la “Araz-Naxçıvan” arasında keçirilir.

Daha öncə “Sabah” “Şamaxı” 3:1 hesabıyla qalib gəlibsə, “Səbail” “Zirə”yə (0:1), “Turan Tovuz” “Neftçi”yə (1:2) uduzub.

Избранный
0
qafqazinfo.az

1Источники