ABL-nin final seriyasının beşinci oyununda "Sabah" "Neftçi" üzərində 3-cü qələbəsini qazanaraq ümumi hesabda önə çıxıb.
Offsideplus.az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Rimas Kurtinaytis qələbəni belə şərh edib:
"İlk növbədə komandaya bugünkü qələbədə böyük əmək sərf etdiyinə görə təşəkkür edirəm. Biz ədalətli olaraq oyun boyu dominant basketbol sərgilədik və məntiqi qələbə qazandıq. İntensiv oyun nümayiş etdirdik. Bir günlük istirahət komanda üzvlərinə faydalı oldu. Oyunçuların psixologiyasına yaxşı təsir etdi. Lakin hələ heçnə bitməyib. Qələbə qazansaq da, əvvəlki iki oyunda məğlubiyyət bizim üçün bir təcrübədir. Bu gün oyuna fərqli 5-liklə başladıq. Düşünürəm ki, bu da oyunumuza öz müsbət təsirini göstərdi".