RU

Orta Dəhlizin inkişafı üçün Aktau limanının akvatoriyasının dərinliyi 2 metr artırılacaq

Manqistau vilayətinin Aktau limanının sularında naviqasiya təhlükəsizliyini təmin etmək üçün dibin dərinləşdirilməsi əməliyyatları planlaşdırılır. Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, akvatoriyanın dərinliyinin 1,5-2 metr artırılması planlaşdırılır. Bu zaman Avropanın iri Jan de Nul şirkətinin xüsusi avadanlıqlarından istifadə olunacaq. Dibin dərinləşdirilməsi terminal imkanlarını genişləndirmək imkanını təmin edəcək.

Hazırda Aktau limanının ötürmə qabiliyyəti təxminən 15 milyon ton yük, o cümlədən 140 min İFE (iyirmi fut ekvivalent vahid) təşkil edir.

Texnikaların səfərbər edilməsi may ayında başa çatdırılacaq, işlərin özünün isə bu ilin dördüncü rübündə başa çatdırılması planlaşdırılır.

İşlər Trans- Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM/Orta Dəhliz) inkişafı üzrə kompleks tədbirlər proqramının bir hissəsidir və artan yük axınına xidmət göstərməyə imkan verəcək.

2025-ci ilin birinci rübündə TBNM vasitəsilə konteyner daşımalarının həcmi 3,5 dəfə artaraq 25 min İFE-yə çatıb (2024-cü ilin eyni dövründəki 7,2 min İFE ilə müqayisədə).

Избранный
0
avtosfer.az

1Источники