RU

İmişli Rayon Ağsaqqallar Şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102- ci ildönümü və Alman faşizmi üzərində qələbənin 80 illik yubileyləri ilə bağlı tədbirlər keçirib

10 may tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102- ci ildönümü və Alman faşizmi üzərində qələbənin 80 illiyi ilə bağlı İmişli Rayon Ağsaqqallar Şurası gün ərzində ardıcıl olaraq, silsilə tədbirlər təşkil etmişdir.

Rəsmi və bədii hissələrdən ibarət zəngin məzmuna malik silsilə yubiley tədbirlərlərində İmişli Rayon Ağsaqqallar Şurasının rəhbərliyi, idarə heyətinin üzvləri, ərazi təşkilat sədrləri, onların müavinləri, rayon ictimaiyyətinin nümayəndələri ilə bərabər Bakıdan gələn qonaqlar- Azərbaycan Rus İcmasının, Rus Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti də iştirak etmişdir.

Çoxsaylı tədbir iştirakçıları İmişli Rayon Ağsaqqallar Şurasının qərargahı qarşısından Böyük Vətən Müharibəsində İmişli rayonundan iştirak etmiş şəxslərin portretləri əllərində, bayram əhval- ruhiyyəli bir görüntü və izdihamla hərəkət edərək İmişli şəhərinin mərkəzində Heydər Əliyevin abidəsi önünə qədər hərəkət etmişlər. İmişli Rayon Ağsaqqallar Şurasının sədri, çox hörmətli Saleh Səmədovun rəhbərliyi ilə Ümummilli Liderin abidəsi önünə əklil qoyulmuş və xatirəsi dərin ehtiramla anılıb.

Sonra tədbir iştirakçıları böyük bir maşın karvanı ilə rayonun Sarxanlı kəndində ucaldılan abidə kompleksinin açılışı üçün getmişlər. Belə ki, bu kənddə uzun illərdən bəri təmirsiz vəziyyətdə uçub- dağılmaqda olan, 1941- 1945- ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidə kompleksi kənd ağsaqqallarının müraciəti ilə son günlərdə İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun maddi və mənivi dəstəyi ilə əsaslı şəkildə yenidən təmir və bərpa edilmişdir.

İlk öncə əbədi məşəl alovlanan həmin abidənin önünə İmişli Rayon Ağsaqqallar Şurasının sədri, çox hörmətli Saleh Səmədovun rəhbərliyi ilə əklil qoyulub. Sonra abidənin önündəki geniş meydanda Böyük Vətən Müharibəsində Alman faşizmi üzərində tarixi qələbənin 80 illiyinə həsr olunmuş rəngarəng proqram tədbiri reallaşıb.

Tədbirdə çox hörmətli Saleh müəllim çıxış edərək iştirakçıları öz adından və Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor, çox hörmətli Eldar Quliyevin adından salamlayıb, sonra məzmunlu, ətraflı çıxış edərək tarixi qələbənin əhmiyyətini qeyd edib. Bu gün Respublikamızın Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qaliblər ölkəsi olduğunu xüsusi olara diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Rus İcmasının birinci müavini Dmitri Yakovlev, Bakıdakı Rus Mədəniyyət Mərkəzinin direktoru Qalina Yakovlevna, rayon ağsaqqallar şurasının millətlərarası münasibətlər üzrə sədrin köməkçisi Adil Kərimov, YAP- nın gənc fəallarından olan Kamran Səmədov, Ağsaqqallar Şurasının Sarxanlı kənd ərazi təşkilat sədri Möhöbbət Nəcəfov çıxış edərək faşizm üzərində qələbənin tarixi əhəmiyyətindən bəhs etmiş, 80 illik yubley münasibətilə təbrik etmişlər. Eyni zamanda, burada görülmüş bərpa, təmir işlərinə və habelə əhatəli bir tədbirin təşkilinə görə Saleh müəllimə təşəkkür və minnətdarlıqlarını çatdırıblar.

Tədbir zəngin musiqi proqramı, məktəblilərin ifalarında şeyirlər səsləndirilməklə davam edib.

Gün ərzində silsilə tədbirlər sonda rayon mərkəzində Kral Şadlıq Sarayında təntəni bayram ziyafəti ilə davam edib. Burada səsləndirilən mahnılar, musiqilər, rəqslər tədbir iştirakçılarının zövqünü oxşadı. İştirakçılar İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədova bir daha minnətdarlıqlarını ifadə etdilər.

Избранный
0
yeniazerbaycan.com

1Источники