RU

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

"Real Madrid"in hücumçusu Kilian Mbappe rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, Fransa millisinin forvardı buna La Liqanın 35-ci turu çərçivəsində hazırda "Barselona"ya qarşı keçirdikləri oyunda 2 qol vurmaqla nail olub.

Beləliklə, o, debüt mövsümündə "Real" forması ilə vurduğu qolların sayını 38-ə çatdıraraq İvan Samaranonu geridə qoyub. Samarano 1992/1993 mövsümündə 37 qola imza atmışdı.

Xatırladaq ki, Mbappe ötən yay PSJ-dən azad agent qismində ayrılaraq "Real"a qoşulub. Ulduz futbolçunun paytaxt təmsilçisi ilə müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Hazırda ilk yarısı oynanılan "Barselona" - "Real" matçında meydan sahibləri 3:2 hesabı ilə öndədirlər.

Nihat

Nihat

Избранный
0
fanat.az

1Источники