Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.


Rekord.az xəbər verir ki, U-16 Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.


Binə stadionunda təşkil olunan oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Qeyd edək ki, bu komandalar arasında mayın 9-da təşkil olunan ilk yoxlama görüşündə U-16 millimiz 2:1 hesablı qələbə qazanıb.