ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı Omanda keçirilən növbəti dolayı danışıqlar çətin keçib, lakin tərəflərin mövqelərini anlamaq baxımından faydalı olub.
Modern.az-ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqai X sosial şəbəkəsində yazıb.
“Omanda ABŞ və İran arasında dördüncü raund dolayı danışıqlar başa çatdı, çətin oldu. Lakin bir-birilərinin mövqelərini daha yaxşı anlamaq və fikir ayrılıqlarının həlli üçün məqbul və real yollar axtarmaq baxımından faydalı danışıqlar oldu”, – deyə o yazıb.
Baqai dəqiqləşdirib ki, növbəti məsləhətləşmə raundunu Oman tərəfi əlaqələndirəcək və onun keçirilməsi barədə elan verəcək.