RU

Britaniya hökuməti miqrasiyanın məhdudlaşdırılması üçün yeni plan təqdim edib

Böyük Britaniya hökuməti ölkədə kütləvi miqrasiyanı məhdudlaşdırmaq məqsədilə yeni tədbirlər planını açıqlayıb.

Korrespondent.az “Reuters”ə istinadla xəbər verir ki, hökumət bu təşəbbüsü uğursuz sərbəst bazar təcrübəsinə son qoymaq kimi qiymətləndirib.

Yeni plana əsasən, yalnız ali təhsilli işlər üzrə ixtisaslı miqrantlara viza veriləcək. Aşağı ixtisas tələb edən sahələrə isə yalnız sənaye strategiyası üçün həyati əhəmiyyət daşıyan sahələrdə viza veriləcək. Əvəzində isə şirkətlər britaniyalı işçilərin hazırlanmasına daha çox sərmayə qoymalı olacaqlar.

Baş nazir Kir Starmer liderliyindəki Leyboristlər hökuməti bu addımı ölkədə miqrasiya səviyyəsinin azaldılması istiqamətində atır.

Qeyd edək ki, bu ay keçirilən yerli seçkilərdə sağçı və anti-miqrant mövqeyi ilə tanınan Reform UK partiyasının uğuru hökumətə əlavə təzyiqlər yaradıb.

Избранный
0
2
korrespondent.az

3Источники