Güclü külək Batumi kurort şəhərinin Qara dəniz sahilində ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, güclü külək yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb, Batumi Beynəlxalq Hava Limanında təyyarələrin uçuşunda və enişində gecikmələrə səbəb olub.
Batumi meriyasının məlumatına görə, bəzi yaşayış binalarının dam örtüyü zədələnib, bir neçə küçədə və mərkəzi parkda ağaclara və avtomobillərə ziyan dəyib.
Pis hava şəraiti ilə əlaqədar İstanbul-Batumi reysi gecikib və Batumi Beynəlxalq Hava Limanına enə bilməyib. Gecikmələrə baxmayaraq, hava limanı şənbə gününə planlaşdırılan bütün reysləri qəbul edib.
Bundan əlavə, Batuminin Qorqasali küçəsində iki nəfər xəsarət alıb. Onların üzərinə metal konstruksiyalar düşüb. Zərərçəkənlər tibb müəssisəsinə yerləşdirilib. Həkimlərin sözlərinə görə, onların həyatı üçün təhlükə yoxdur.
Sinoptiklərin məlumatına görə, Gürcüstanda pis hava şəraiti mayın 14-dək davam edəcək, yağış yağacağı, şimşək çaxacağı, dolu və güclü küləyin olacağı gözlənilir.